news Image
2019.11.29
20:55
| A A A
Soyuq havanın dərmanı bu qidalardadır - SİYAHI

Soyuq havalarda xüsusilə də payız-qış fəslində soyuq havaların ağır fəsadlarından qorunmaq üçün təkcə isti geyinmək kifayət deyil. Geyimlə yanaşı, düzgün qidalanma bu məsələdə vacib şərtlərdən biridir.
 
Mövqe.az medicina.az-a istinadən soyuq havada hansı qidalara və içkilərə üstünlük verilməli olduğu barədə yazını təqdim edir.

Şorbalar
Mütləq şəkildə ailə menyunuzda duru xörəklər olmalıdır. Şorbalar bədəni qızdırır, orqanizmin normal temperaturunu təmin edir. Daha çox çuğundur, kök, kartof və kələmlə hazırlanmış şorbalara üstünlük verilməlidir.

Ət məhsulları
Soyuq havada ət məhsullarını, xüsusilə, qoyun və hinduşka ətini ən yaxşı qida məhsulu saymaq olar. Ətdə olan zülal enerjini artırır, hinduşka ətində olan triptofan isə qış və soyuq hava stressinə qarşı ən yaxşı vasitədir. Pəhriz saxlayanlar soyuq havalarda bir neçə günlüyə pəhrizlərini dayandıra bilərlər.

Ədviyyatlar
Darçın, zəncəfil, süyüd, istiot kimi ədviyyatlar yeməklərə xüsusi dad verməklə yanaşı soyuq havalarda köməyə çatan ən təsirli vasitələrdir. Belə ki, bu ədviyyatların tərkibindəki maddələr qan dövranını yaxşılaşdırır və bunun nəticəsində də orqanizmdə istilik yaranır. Soyuq havalarda nanə, zəncəfil, keşnişdən istifadə etmək məsləhət görülmür.

Meyvələr
Qış fəslində daha çox şirin meyvələrə, üzüm, banan, armud və şirin almaya üstünlük verilməlidir. Sitrus meyvələri, xüsusilə portağal və narıngi əks effekti verir. Bu meyvələrin həvəskarları müvəqqəti olaraq sitrus bitkilərindən imtina etməlidirlər.

Çay
Yəqin ki, heç kim soyuq qış günlərində pürrəngi  çaydan imtina etməz. Çay damarları genişləndirmək və bədənin temperaturunu artırmaq xüsusiyyətinə malikdir.

Özünüzü soyuq havalardan qoruyun ki, qarşıdan gələn baharı, ilıq nəfəsli yaz günlərini sağlam və gümrah qarşılaya biləsiniz.