Əlaqə Arxiv
news Image
2019.12.07
20:22
| A A A
Spirtli içkinin şirniyyatla qəbulu ən çox bu orqanı zədələyir

Alkoqolla birgə şirniyyat yemək mədəaltı vəzi üçün  ikiqat zərərlidir.

Mövqe.az e-tibb.az-a istinadən bildirir ki, Rusiyadan olan mütəxəssislər bunu şəkərin enerjili olması baxımından spirtlə müqayisədə orqanizm üçün daha sərfəli olması ilə izah edirlər. Orqanizm əvvəlcə şirniyyatı, sonra alkoqolu emal etdiyi üçün tam parçalanmamış alkoqol bədəndə daha uzun müddət qalır və intoksikasiya daha güclü olur. Bundan əlavə, tort və şokoladlar da spirtlə birlikdə mədəaltı vəzini çox yükləyir. Mədədən "çıxdıqdan" sonra alkoqolun yarısı qaraciyərə, yarısı mədəaltı vəziyə "tökülür". Qaraciyərin alkoqolu zərərsizləşdirmək funksiyası olsa da, mədəaltı vəzinin bu funksiyası olmadığı üçün ona daha çox yük düşür və daha çox zədələnir.

Sizin Reklam Yeriniz