Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Bədən hərarətini aşağı salan təbii vasitələr
 
 
news Image
2020.01.17
21:38
| A A A
Bədən hərarətini aşağı salan təbii vasitələr

Bədən hərarətinin yüksəlməsi immun sisteminin güclü olduğundan xəbər verir. Onun dərman və digər vasitələrlə aşağı salınması orqanizmin müdafiə qabiliyyətini zəiflədir. Mütəxəssislərin fikrincə, ciddi səbəb olmadan, yəni termometrin göstəricisi 38,5 dərəcəni keçmədikdə dərman qəbul etməyə ehtiyac yoxdur. Qızdırma orqanizmin infeksiya ilə mübarizəyə başladığını göstərir.

Mövqe.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlunun dediyinə görə, bədən hərarəti yüksələndə onu normaya salmaq üçün bir sıra vasitələrdən istifadə etmək olar: "Hərarətin aşağı salınması üçün ilk olaraq xəstənin əynində qalın geyim varsa, onu çıxarmaq lazımdır. Həkimlər məsləhət görürlər ki, 1 litr ilıq suya 1 xörək qaşığı üzüm sirkəsi əlavə etmək və həmin məhlulla bədəni ovxalamaq xeyirlidir. Amma xəstə qızdırmadan titrəyirsə, onu ovxalamaq olmaz".

Onun dediyinə görə, qızdırmanı aşağı salmaq üçün daha təsirli təbii üsullar da var və onlardan biri də moruq mürəbbəsidir: "Moruğun təsiredici və qızdırmasalıcı təsiri tərkibində külli miqdarda asitelisil turşusunun, yəni təbii aspirinin olması ilə əlaqədardır.

Hərarəti salmaq üçün ən yaxşı vasitələrdən biri də portağaldır. 4 dilim portağalın şirəsi sıxılaraq üzərinə 50 milliqram su əlavə edilir və dərhal içilir. Həmin qarışığı gündə 3-4 dəfə qəbul etmək olar.

Temperaturu aşağı salan daha bir vasitə bədənin damarlar keçən hissələrinə, yəni ayaq, qol və büküş hissələrinə, alın və boyuna ilıq suda isladılmış dəsmalın qoyulmasıdır".