news Image
2020.01.22
18:34
| A A A
İş masasında kaktusun bu faydaları var - Təkcə komputerdən qorumur

İş masasında, komputerin qarşısında tikanlı kaktusun qoyulması təkcə komputerdən gələn şüa və radiasiyaya qarşı deyil.

Mövqe.az medicina.az-a istinadən bildirir ki, Yapon alimlər ofisdə kaktus işçinin stress səviyəssini azaldıb, ömrünü uzadır.

Onlar bunu 63 nəfər ofis əməkdaşı üzərində apardıqları təcrübədə sübut ediblər.

Onların heç birinin masa və otağında bitki yox idi.
Sonra onlara 5 məşhur otaq bitkisindən birini seçməyi təklif ediblər.

İş zamanı yorğunluq hiss edən kimi, iştirakçıların birinci qrupu 3 dəqiqə boş masalarına baxıb dincəliblər.
Digər qrup isə yorğunluq və stress zamanı masadakı bitkiyə 3 dəqiqə baxıblar.

Tədqiqat 4 həftə davam edib. Sonda hər iki qrupda təşviş həyəcan və psixoloji stress testi keçirilib.
Eləcə də iştirakçıların təzyiq, nəbz və s. göstəriciləri qeydə alınıb.

Bitkilərə baxan qrupun test və təşviş səviyyəsi 47-dən 45-ə düşüb, eləcə də onların ürək döyüntüsü azalıb.
Boş masaya baxanlarda isə bu göstəricilər çox az olub.

Alimlər bu qənaətə gəlib ki, iş arası bitkilərə baxmaq, fikirləri rahatladır, stresin səviyyəsini salır, insanı daha yaxşı dincəldir.

Ona görə masanızda kiçik bir bitki ən azı kaktus qoymağınız məsləhətdir.