Əlaqə Arxiv
news Image
2020.01.23
17:27
| A A A
Həkimlərin əməkhaqlarına əlavələr tətbiq ediləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib. Qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.

Səhiyyə işçilərinə əmək şəraitinə görə verilən əlavələr aşağıdakı növlərdən ibarətdir:

· sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə;

· sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə əlavə;

· insanın immunçatışmazlığı sindromu (QİÇS) və ya insanın immunçatışmazlığı virusu (İİV) ilə əlaqəli əmək şəraitinə görə əlavə;

· ixtisas dərəcəsinə görə əlavə;

· fasiləsiz əmək stajına görə əlavə;

· gecə vaxtı yerinə yetirilən işə görə əlavə;

· əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə;

· işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə.

Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, sabit və ya xidmətə görə həvəsləndirici əlavə formasında verilir.

Vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətləri nəzərə alınaraq, bəzi həkimlərin (ixtisaslar/vəzifələr üzrə) aylıq vəzifə (tarif) maaşına sabit həvəsləndirici əlavələr tətbiq edilir:

 

İxtisasın/vəzifənin adı Həkimlərin əmək haqlarına tətbiq edilən həvəsləndirici əlavələrin məbləği

Xidmətə görə həvəsləndirici əlavələr

hesablanan həkimlərin çalışdığı şöbə

(bölmə) müdirləri 100 manat

Səhiyyə xidmətlərinin təşkili şöbəsinin

həkimləri (həkim-stomatoloq istisna olmaqla) 200 manat

Provizor vəzifəsi üzrə çalışan həkimlər 260 manat

Ailə həkimi ixtisasları üzrə çalışan həkimlər 300 manat

Həkim-laborant ixtisası üzrə çalışan həkimlər 340 manat

Həkim-statistik vəzifəsi üzrə çalışan həkimlər

“Ailə Sağlamlıq Mərkəzi” şöbəsinin rəhbəri vəzifəsi üzrə çalışan həkim 480 manat

Həkim-reanimatoloq ixtisası üzrə çalışan

həkimlər

Qadın məsləhətxanasında və Ailə Sağlamlıq

Mərkəzində çalışan həkim mama-ginekoloq

Aptek bölümünün rəhbəri vəzifəsi üzrə

çalışan həkim 570 manat

*Bundan əlavə, bəzi həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir.

 

Bundan əlavə, həkim ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir. Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq, həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.

İxtisasın və ya vəzifənin adı Yuxarı kəmiyyət həddi İşin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləği

Terapevtik və pediatrik

ixtisaslar üzrə çalışan

həkimlər Ambulator fəaliyyət üzrə həkim üçün iş günü həddi: 20 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılması Tətbiq edilən tarifin 7%-i həcmində Fizioterapiya prosedurunu təyin edən həkim üçün iş günü həddi: Hədd müəyyən olunmur Tətbiq edilən tarifin 20%-i həcmində Stasionar fəaliyyət üzrə hər həkim üçün təqvim ayı həddi: 60 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə həkim təqibinin aparılması 10 yatış günündən çox olmamaq şərtilə hər sığortaolunan üzrə 1-5 yatış günü ərzində hər gün üçün 2 manat, 6-10 yatış günü ərzində hər gün üçün 1 manat

Həkim-mama-ginekoloq

və bütün cərrahi

ixtisaslar üzrə çalışan

həkimlər Ambulator fəaliyyət üzrə hər həkim üçün iş günü həddi: 20 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə (əməliyyata göndərilən sığorta olunan pasiyentlər istisna olmaqla) həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılması İxtisaslı həkim baxışına tətbiq edilən tarifin 7%-i həcmində Cərrahi prosedurlar üzrə tətbiq edilən tarifin 15%-i həcmində Stasionar fəaliyyət üzrə hər həkim üçün təqvim ayı həddi: Hədd müəyyən olunmur Tətbiq edilən tarifin 15%-i həcmində

Cərrahi ixtisaslar üzrə

çalışan asistent

həkimlər Stasionar fəaliyyət üzrə hər həkim üçün asistent fəaliyyətinə görə təqvim ayı həddi: Tətbiq edilən tarifin 3%-i həcmində

60 əməliyyatdan yuxarı olmamaq şərtilə sığortaolunana əməliyyatın həyata keçirilməsi Stasionar fəaliyyət üzrə hər həkim üçün asistent fəaliyyətinə görə təqvim ayı həddi: Sığorta olunan hesab edilməyən şəxslərin əməliyyatı zamanı hədd müəyyən olunmur Tətbiq edilən tarifin 3%-i həcmində

Həkim-anestezioloq-

reanimatoloq ixtisası

üzrə çalışan həkimlər Həkim fəaliyyəti üzrə hər anesteziyaya görə aparılmış əməliyyatlar üçün hədd: Hədd müəyyən olunmur Tətbiq edilən tarifin 5%-i həcmində

Neonatologiya

bölməsində çalışan

həkimlər Stasionar fəaliyyət üzrə həkim üçün yeni doğulana görə təqvim ayı həddi: Hədd müəyyən olunmur Tətbiq edilən tarifin 7%-i həcmində

Terapevtik və cərrahi

ixtisaslar üzrə çalışan

həkimlər Sığorta olunan hesab edilməyən şəxslərə ixtisaslı həkim müayinəsi üçün iş günü həddi: Hədd müəyyən edilmir Tətbiq edilən tarifin 15%-i həcmində Sığorta olunan hesab edilməyən şəxslərə cərrahi prosedur və əməliyyatlar üçün təqvim ayı həddi: Hədd müəyyən edilmir Tətbiq edilən tarifin 30%-i həcmində

Həkim-stomatoloq

ixtisası üzrə çalışan

həkimlər Həkim üçün təqvim ayı həddi: Hədd müəyyən edilmir Tətbiq edilən tarifin 60%-i həcmində, lakin göstərilən xidmətə sərf olunan tibbi ləvazimat xərci çıxıldıqdan sonra

Struktur bölmə rəhbəri

vəzifəsində çalışan

həkimlər Müvafiq tibbi xidmətlərin göstərilməsi nəticəsində verilən arayışlara (obliqat qrupların dövri tibbi müayinələri üzrə verilən arayışlar istisna olmaqla) və tibbi çıxarışlara görə hər həkim üçün təqvim ayı həddi: Hədd müəyyən olunmur Tətbiq edilən tarifin 5%-i həcmində

Ultrasəs müayinə üzrə

çalışan həkimlər Həkim üçün iş günü üzrə hədd: 22 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılması Tətbiq edilən tarifin 8%-i həcmində

EEQ

(Elektroensefaloqrafiya),

EMQ (Elektromioqrafiya)

və endoskopik müayinə

ixtisasları üzrə çalışan

həkimlər Həkim üçün iş günü üzrə hədd: 10 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılması Tətbiq edilən tarifin 10%-i həcmində

 

Reanimasiya şöbəsində çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində normativlərlə bağlı əlavələr verilir.

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin və dispetçerlərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilməsi dərəcələrinə uyğun olaraq sabit həvəsləndirici əlavələr verilir.

Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə bir qrup səhiyyə işçisinə hər ay vəzifə (tarif) maaşının 15 faizi, xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə hər ay vəzifə (tarif) maaşının 20 faizi, insanın immunçatışmazlığı sindromu və ya insanın immunçatışmazlığı virusu ilə əlaqəli əmək şəraitinə görə isə hər ay vəzifə (tarif) maaşının 60 faizi miqdarında əlavə haqq verilir.

Kənd və qəsəbələrdə yaşayış yerindən uzaq məsafədə çalışan və sabit həvəsləndirici əlavələr ödənilən həkimlərə eyni zamanda sabit əlavələr də ödənilir.

Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən həkimlərə gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi (təcili yardım sahəsinə münasibətdə həmçinin Qaydanın 17.4-cü bəndində göstərilən sabit həvəsləndirici əlavələrin 35 faizi miqdarında), digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilir. Qayda ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

 

 

MRT (Maqnit rezonans tomoqrafiya), müayinəsi üzrə çalışan həkimlər Həkim üçün iş günü həddi: Hədd müəyyən olunmur Tətbiq edilən tarifin 8%-i həcmində

KT (Kompyuter

tomoqrafiya) üzrə

çalışan həkimlər Həkim üçün iş günü həddi: Hədd müəyyən olunmur Tətbiq edilən tarifin 10%-i həcmində

Rentgen, Mamoqrafiya

və Flüoqrafiya

müayinəsi üzrə çalışan

həkimlər Həkim üçün iş günü həddi: 35 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılması Tətbiq edilən tarifin Rentgen və Mamoqrafiya müayinəsi üzrə 10%-i, Flüoqrafiya müayinəsi üzrə 14%-i həcmində

Həkim-kardioloq ixtisası

üzrə çalışan həkimlər EKQ (elektrokardioqramma) çəkilişləri üzrə rəyin verilməsinə görə həkim üçün iş günü həddi: Hədd müə

Sizin Reklam Yeriniz