Əlaqə Arxiv
news Image
2020.01.26
23:23
| A A A
Gecə yarısı oyanmağın BİLİNMƏYƏN SƏBƏBLƏRİ

Avstraliyada yuxu əşyaları satılan mağaza insanların gecə yarısı heç bir səbəb olmadan oyanmalarının səbəbini araşdırıb.

Mövqe.az xəbər verir ki, rahat yuxunun birinci sirri otaq temperaturudur. İnsanın rahat yatması üçün otağın temperaturu gündüzə nisbətən bir dərəcə daha aşağı olmalıdır. Bədənin istiliyi axşam saatlarında daha isti lakin yuxuya getdikdən sonra soyumağa başlayır. Mütəxəssislər ideal yuxu üçün otağın temperaturunun 16-18 dərəcə olduğunu açıqlayıblar. 

Spirtli içki qəbul edən insanlar düşünür ki, yatmadan əvvəl içki içmək rahat yuxuya zəmanət verir. Lakin yuxu üzrə mütəxəssis Olivia bildirir ki, bu yanlış düşüncədir və yatmadan əvvəl spirtli içki içənlər gecələr bir neçə dəfə oyanmağa meyilli olurlar.

Stressli və qayğılı düşüncələr də insanları yuxuya getməyə hətta gecə yarısı dəfələrlə oyanmağa vadar edir. 

Yatmadan əvvəl qida qəbulu məsləhət görülmür. Hətta mütəxəssislər yuxuya getməzdən 2 saat əvvəl qida qəbulunu məsləhət görmürlər. 

Araşdırma göstərir ki, beynimizin bizə yuxu əmri verməsi üçün mümkün olduğu qədər qaranlıq otaqda yatmalıyıq. Əgər pəncərədən və ya hər hansısa bir yerdən işıq düşürsə yuxu üçün göz bandı taxmaq məsləhət görülür.
Belə ki, yataq otağında telefonun batareyasının doldurulması və yaxud da telefonun mavi ekranına baxmaq pis yuxunun xəbərçisidir.

Sizin Reklam Yeriniz