Əlaqə Arxiv
news Image
2020.01.29
09:56
| A A A
Kanadada daha bir nəfər yeni növ koronavirusa yoluxub
Kanadada yeni növ koronavirusa üçüncü yoluxma faktı qeydə alınıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Britaniya Kolumbiyası əyalətinin səhiyyə naziri Edrian Diks və nazirliyin nümayəndəsi Bonni Henrinin birgə bəyanatında deyilir. Bəyanatda bildirilir ki, bu, Britaniya Kolumbiyasında ilk qeydə alınan yoluxma faktıdır. Yeni növ koronavirusa yoluxan şəxs ötən həftə Uhan şəhərindən Vankuverə qayıdan kişidir. Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 132 nəfərə, yoluxanların sayı ilə 5974 nəfərə çatıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.
Sizin Reklam Yeriniz