Əlaqə Arxiv
news Image
2020.01.29
13:37
| A A A
Adil Qeybulladan koronavirusu ilə bağlı XƏBƏRDARLIQ - "Mütəxəssis yoxdur" (VİDEO)

"Təcili karantin tədbirləri görülməlidir. Məktəblərdə, əhalinin kütləvi toplaşdığı yerlərdə, iş yerlərində dezinfeksiyaedici tədbirlər aparılmalıdır. Qapalı məkanlarda hava xüsusi lampalarla təmizlənməlidir, havada asılı qalan damcı infeksiyaları məhv edilməlidir. Xəstələnənlər vaxtında təcrid edilməlidir. İnsanlar maarifləndirilməlidir, virusun nə olduğunu, necə yayıldığını bilməlidir. Transsərhəd zonalarda nəzarət gücləndirilməlidir. Mütəmadi əllərimizi yumalıyıq. Respirator xəstəliyi olanlar maska istifadə etməlidir”.

Bu sözləri Professor Adil Qeybulla koronavirusla bağlı Unikal.org-un suallarını cavablandırarkən bildirib.

Professor əlavə edib ki, koronavirusun bu növü yenidir. Bu növün identifikasiyası üçün mütəxəsislər lazımdır. Bu yeni növ virusu Azərbaycanda mikroskop altında görən mütəxəssis yoxdur. Mütəxəsis koronovirusun yeni növünü görmədən, tanımadan necə aşkarlaya bilər".

Sizin Reklam Yeriniz