Əlaqə Arxiv
news Image
2020.03.18
23:28
| A A A
Ölümə ən çox səbəb olan xərçəngin İLKİN SİMPTOMLARI

Statistik məlumatlara görə, cavan qadınlar arasında uşaqlıq boynu xərçəngi digər xərçəng növləri ilə müqayisədə daha tez-tez ölümə səbəb olur.

Bu xərçəngin digər təhlükəli xüsusiyyəti uzun müddət ərzində simptomsuz inkişaf etməsidir. Yalnız müntəzəm profilaktik ginekoloji müayinələr (ildə 2 dəfə) bu xərçəngi vaxtında aşkar etməyə yardım edir.

Həmçinin həkimlər uşaqlıq boynu xərçənginin bəzi ilkin simptomlarını da qeyd edirlər. Milli.Az saglamolun.az-a istinadən qadınları bu simptomlarla tanış edir:

- Anormal qanaxmalar (cinsi əlaqədən sonra və ya cinsi əlaqə zamanı, menstruasiyalar arasında, menopauzadan sonra). Bu çox ciddi simptom sayılır. Xüsusilə bu simptoma postmenopauza dövründə olan və aybaşıdan kəsilən qadınlar fikir verməlidir. Bu dövrdə uşaqlıq boynu xərçənginin riski artmış olur. Təəsüf ki, bu kateqoriyadan olan qadınlar ginekoloqun müayinəsini artıq "lazımsız" hesab edir və profilaktik müayinələrə getmirlər.

- Uşaqlıq yolundan qeyri-adi ifrazatlar. Uşaqlıq yolundan ifrazatların iyinin, rənginin, konsistensiyasının dəyişilməsi həkimə müraciət etmək üçün ciddi səbəb sayılır.

- Cinsi əlaqə zamanı ağrı və diskomfort. Cinsi əlaqə zamanı ağrı müxtəlif qadın xəstəliklərinə və o cümlədən uşaqlıq boynu xərçənginə işarə edə bilər.

- Beldə ağrılar. Belin aşağı hissəsində və ya appendiks tərəfdə ağrılar uşaqlıq boynu xərçənginin simptomu kimi meydana çıxa bilər.

- İştahanın səbəbsiz azalması və arıqlama. Səbəbsiz arıqlama bir çox xərçəng xəstəliklərinə işarə edə bilər.

Sizin Reklam Yeriniz