news Image
2020.03.25
14:02
| A A A
Gürcüstanda koronavorusa yoluxmuş ən kiçik xəstənin 2 yaşı var
Gürcüstanda koronavirusa yoluxma təsdiqlənmiş xəstələrdən ən yaşlısının 82, ən balacasının isə 2 yaşı var. Mövqe.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktorunun müavini Paata İmnadze keçirdiyi brifinqdə məlumat verib. Bildirib ki, yoluxanların orta yaş həddi 37-dir. Qeyd edək ki, hazırda ölkədə 73 nəfərdə COVİD-19 virusuna yoluxma təsdiqlənib ki, onlardan 10-u artıq sağalıb.