Əlaqə Arxiv
news Image
2020.03.28
23:24
| A A A
Koronavirus hamilələrdə hansı problemlər yarada bilər?

Koronavirus hamilə qadınlarda bir sıra problemlərə yol aça bilər. Virusun hətta hamiləlikdə düşüklər yaratması da mümkündür.

Mövqe.az e-tibb.az-a istinadən bildirir ki, bunu Türkiyədən olan qadın xəstəlikləri və doğum uzmanı, professor Metin Çapar açıqlayıb. Onun sözlərinə görə, koronaviruslu hamilələrdə oksigen azlığı meydana gəlir. Oksigen azaldığı halda isə dölün inkişafı ləngiyir. Eyni zamanda hamiləlikdə koronavirusa yoluxma zamanı düşük yaranma ehtimalı da var.
Ginekoloq, hamilələrin virusa daha çox yoluxma ehtimalı olduğunu qeyd edib. Çünki hamilələrdə immun sisitemində dəyişiklik yararandığından xəstəliyə daha tez yoluxma mümkündür. Buna baxmayaraq, hamilələr digərləri ilə müqayisədə bu xəstəliyi daha yüngül keçirir. Və çox yaxşı haldır ki, indiyə kimi koronavirusa yoluxan hamilələrdə ölüm halı qeydə alınmayıb.

Onun sözlərinə görə, doğuş zamanı uşaqların göbək ciyəsi tez kəsilməlidir. Gec kəsilərsə anadan uşağa mikrob keçməsi asanlaşar.

Mütəxəssis vurğulayıb ki, infeksiyası olan qadınlar doğuşdan sonra da diqqətdə saxlanmalı, ən azı iki həftə müddətində müşahidə olunmalıdırlar. Çünki doğuşdan sonra vəziyyətləri daha da kəskinləşə bilər. Onun sözlərinə görə, onların ağciyərlərinin də mütləq müayinəsi aparılmalıdır.

Bundan başqa, uşaqları qorumaq üçün əmizdirmə zamanı mütləq maska taxılmalıdır.

Sizin Reklam Yeriniz