Əlaqə Arxiv
news Image
2020.05.05
11:30
| A A A
"Peyvəndləri saxlamaq olmaz" - Pediatrdan ÇAĞIRIŞ

Yay ayları istisna olmaqla, adətən bir fəsildən digərinə keçiddə uşaqlar arasında mövsüm xəstəliklərinə rast gəlinir. Yazda uşaqlar arasında mövsümlə bağlı allergik öskürəklər, allergik rinitlərin kəskinləşməsi daha çox baş verir. Havaların dəyişkən olması tənəffüs yolları problemlərini artırır.

Bunu pediatr, ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Nigar Sədiyeva APA TV-nin "Öncə sağlıq" proqramında yazda uşaqlar arasında yaranan mövsümi problemlər mövzusunda danışarkən deyib.

Pediatr, temperatur dəyişkənliyinin və rütubətin fərqli öskürəklərlə müşahidə olunan halları artırdığını deyib. Onun sözlərinə görə, adətən yazda allergik rinitlər, astmanın kəskinləşməsi baş verir.

Həkim, uşaqları viruslardan qorumaq üçün immunitetin gücləndirilməsi barədə suallara cavab olaraq bildirib ki, immun sisitemini gücləndirən əsas amil ana südü, peyvəndlərin zamanında edilməsidir. Onun sözlərinə görə, bu iki əsas amildən başqa uşağın daim Günəç şüaları qəbul etməsi, D vitamini sintezi, C vitamini ilə zəngin olan qidaları qəbul etməsi də önəmlidir.

Ölkədə keçirilən immunlaşdırma həftəsi haqda danışan N. Sədiyeva pandemiya dövründə də peyvənd prosesinin vacibliyini vurğulayıb, peyvəndlərdən yayınmamağı tövsiyə edib: "Məsələn, göyöskürək, pnevmokok infeksiyaları, qızılca həyati təhlükəli infeksiyalardır. Karantin şərtlərinə, gigieyna qaydalarına əməl edərək peyvəndlərə getmək lazımdır. Peyvəndləri saxlamaq olmaz. Amma ailələr mümkün qədər qaydalala əməl edərək tibb müəssisələrinə müraciət etməlidirlər"...

Sizin Reklam Yeriniz