Əlaqə Arxiv
news Image
2020.05.11
19:00
| A A A
Uşaqlarda "sirli xəstəlik" yayılmağa davam edir

“Martın 27-dən bu yana ən aşağı ölüm səviyyəsi” ABŞ-da yeni bir növ koronavirusun (Kovid-19) epidemiyasının mərkəzi olan Nyu-York ştatında ölüm və yoluxma halları durmadan artır. 

Mövqe.az xarici KİV-ə istinadən xəbər verir ki, Mətbuat konfransında Nyu-York Qubernatoru Endryu Cuomo, son 24 saat içində ştatda 207 insanın virus səbəbiylə öldüyünü, 521 insana Kovid-19 diaqnozu qoyulduğunu bildirib.

Martın 27-dən bəri ölüm sayına görə ən aşağı rəqəm gördüklərini vurğulayan Cuomo, “Saylar hələ də çox yüksəkdir, amma əvvəlkilərlə müqayisədə yaxşı səviyyədədir” deyə bildirib.

Ştatdakı virus epidemiyasının martın 20-dən bəri şiddətləndiyini xatırladan Cuomo, “Artıq virus epidemiyasında başladığımız nöqtəyə dönə bildik. 20 Mart-9 May aralığı bizim üçün çox ağrılı oldu” deyə  qiymətləndirmə aparıb. 

Qeyd edək ki, uşaqlarda “sirli xəstəlik” yayılmağa davam etdiyi barədə məlumat bildirən, Nyu-York Qubernatoru Cuomo, Kovid-19 ilə əlaqəli, lakin hələ də müəyyənləşdirilməyən xəstəliyin ştatda olan azyaşlı uşaqlara təsirini davam etdirdiyini bildirib.  Bu xəstəliyin 85 uşaqda təsbit edildiyini bildirən Cuomo, 3 uşağın xəstəlik səbəbiylə öldüyü barədə məlumat paylaşıb.

Cuomo, “əsrarəngiz” xəstəlik, “Simptomlar zəhərli şok sindromuna bənzəyir. Bu, Kovid-19 normal bir hal deyil. Bildiyiniz kimi, Kovid-19 daha çox tənəffüs yollarına təsir göstərir. Bu xəstəlikdə bəzən qan damarlarını, bəzən ürəyin iltihablandığını görürük” deyə təyin edib. 

Bildirək ki, ABŞ-ın epidemiya mərkəzi olan Nyu-Yorkda Kovid-19 səbəbiylə 26 mindən çox adam ölüb, yoluxma halların sayı 344 minə yaxınlaşıb. 

Sizin Reklam Yeriniz