Əlaqə Arxiv
news Image
2020.05.16
09:21
| A A A
Bakı küçələrində təhlükə: zəhərlənə bilərsiniz

Dezinfeksiya işləri ilə bağlı əvvəlcədə elan verilir və küçələrdə məhdudlaşdırıcı tədbirlər görülür. Əhali isə təəssüf ki, dezinfeksiya vasitələrinin onların sağlamlığı üçün ciddi təhlükə törətməsinə əhəmiyyət vermir. Buna görə də çarə odur ki, kimyəvi maddələrlə dezinfeksiya edilən küçələr əvvəlcədən bir neçə saatlıq bağlansın.

Bunu Axar.az-a açıqlamasında professor Adil Qeybulla koronavirusla əlaqədar küçələrdə aparılan dezinfeksiya işlərinin insan orqanizminə təsiri barədə danışarkən deyib. O, həmçinin bildirib ki, dezinfeksiya vasitələrinin insan orqanizminə vurduğu ziyanın qarşısını almaq mütləqdir:

“Dezinfeksiyaedici vasitələr insan orqanizmi üçün çox zərərlidir. Bu səbəbdən hər hansı bir yeri dezinfeksiya etməmişdən qabaq insanlara aydın şəkildə, ziyanları başa salınmaqla xəbərdarlıq edilməlidir. Küçələrin bağlanması isə daha məqsədəuyğundur. Çünki kimsə xəbərdarlığa etinasız yanaşa və yaxud məlumatsız ola bilər. Bu kimyəvi tərkib nəfəs yolları ilə orqanizmə daxil olur və toksiki təsir göstərir. Buna görə ən azı 6 saat - dezinfeksiyaedici kimyəvi maddələr buxarlanana qədər insanların həmin ərazidə hərəkəti qadağan olunmalıdır”.

Sizin Reklam Yeriniz