Əlaqə Arxiv
news Image
2020.06.02
22:04
| A A A
Anemiya xəstəliyi olan uşaqların sayı artıb
Azərbaycan Respublikasında hazırda anemiya ciddi bir problem olaraq qalır və ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstə uşaqların sayında artım müşahidə edilir. Mövqe.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası"nda öz əksini tapıb. Qeyd olunub ki, yod və A vitamini çatışmazlığı olan uşaqların sayında azalma müşahidə edilsə də, boyatmanın ləngiməsi və zəifliyi olan uşaqların sayında cüzi artım izlənilir. Bu baxımdan aztəminatlı ailələrin uşaqlarının müayinəsinə və müalicəsinə dövlət dəstəyinin gücləndirilməsi, reproduktiv sağlamlıq xidmətinin genişləndirilməsi, aztəminatlı ailələrdən olan qadınların qadın məsləhətxanalarının xidmətlərindən istifadə imkanlarının artırılması önəmlidir.
Sizin Reklam Yeriniz