Əlaqə Arxiv
news Image
2020.06.13
23:26
| A A A
Kofe hansı problemlərin həllinə kömək edir?

Alimlər qəhvənin çətin vəziyyətdən çıxış yolu tapmağa kömək etdiyini açıqlayıblar. Qəhvənin faydaları və zərərləri dünyada alimlər tərəfindən daimi olaraq öyrənilir. Müsbət təsir göstərməsi üçün gündə nə qədər qəhvə içməyin lazım olduğuna dair bir çox fikirlər var. Alimlər həmin miqdarı tapmağa görə çoxsaylı araşdırma və sınaq keçiriblər. e-tibb.az xəbər verir ki, ABŞ-dakı Greensboro və Arkanzas Universitetinin alimləri kofenin mühüm qərarlar verməkdə rolunu araşdırıblar. Məlum olub ki, qəhvə yaradıcı enerjinin aktivləşməsinə, yeni ideyaların yaranmasına və çətin və mühüm məsələlərin həllinə kömək edir. Araşdırmaya görə, kofe fikir axını yaradır və mürəkkəb problemlərin həllini tapmağa kömək edir. Alimlər hesab edir ki, qəhvə divergent və konvergent düşüncəyə kömək edir.

Tədqiqatçılar bununla bağlı təxminən 100 nəfərin üzərində test aparıblar. İnsanların bir hissəsinə bir fincan qəhvə (200 ml), digər hissəsinə isə kofe tərkibli olmayan içki verilib. Kofe içənlər düzgün cavab tapmağı və diqqəti cəmləməyi daha tez bacarıblar. Amma o da vurğulanıb ki, kofe yalnız normada içiləndə müsbət nəticə göstərir. Beləliklə, gündə 1-2 stəkan qəhvə orqanizmə ziyan vurmur.

Sizin Reklam Yeriniz