Əlaqə Arxiv
news Image
2020.06.16
10:04
| A A A
Bu qidaları acqarına qəbul etmək olmaz
Mövqe.az acqarına yeyilməsi zərərli olan qidaları təqdim edir: Çiy tərəvəzlər Bişməmiş tərəvəzlər çox xeyirlidir və zəngin amin turşuları mənbəyidir. Ancaq onları acqarına istehlak etmək şişkinliyə və qarın ağrısına səbəb ola bilər. Sitrus meyvələri Sitrus meyvələrindən xüsusilə portağal və naringi turşu baxımından zəngindir. Ancaq boş mədəyə qəbulu qastritə və allergik reaksiyalara səbəb ola bilər. Ədviyyatlar Yeməklərə ləzzət qatan ədviyyatlar boş mədəyə ötürüldükdə mədə mukozasına ziyan vura bilər və bu da ciddi problemlər yarada bilər. Qatıq və mayalanmış süd məhsulları Tədqiqatlara görə, qatıq və bəzi süd məhsulları boş mədəyə qəbul edildikdə faydalı bakteriyaları məhv edə bilər. Pomidor Pomidor özündə yüksək miqdarda tannik turşusu ehtiva edir. Boş mədəyə pomidor istehlak edildikdə, mədənin turşu səviyyəsi artır. Bu isə öz növbəsində qastritə səbəb ola bilər. Şəkər və şəkərli qidalar Boş mədəyə anidən şəkər və ya şəkərli qidalar istehlak edildikdə, qan şəkəri qalxa bilər. Bu, bir müddət sonra diabetə də səbəb olur. Soyuq enerji içkiləri Enerji içkilərinin mədə üçün zərəri həddən artıq çoxdur. Armud Armud ən yüksək lif dərəcəsi olan meyvələrdən biridir. Lakin boş mədəyə istehlak edildikdə, bu liflər mədə mukozasına zərər verə bilər. Banan Boş mədəyə istehlak ediləcək banan qanda maqnezium səviyyəsinin sürətlə artmasına səbəb olur. Bu yüksəliş ürəyinizə də zərər verə bilər.
Sizin Reklam Yeriniz