Əlaqə Arxiv
news Image
2020.06.25
09:04
| A A A
Tibbi maskalarla bağlı təhlükəli hal üzə çıxdı
Azər Allahverənov: “Maskaların hara gəldi, açıq şəkildə atılması yolverilməzdir, çünki, onun üzərində müəyyən mikroblar ola və onlar yayıla bilər” Eyyub Hüseynov: “Düşünürəm ki, tibbi maskanın hara gəldi tullanması koronavirusun sürətlə yayılmasına təsir edən amillərdən biridir”

Azərbaycanda maraqlı situasiya yaranıb.  İnsanların bir çoxu pandemiya şəraitində qoruyucu maskalardan istiadə etməyi özünə sıxışdırmır.  Digər tərəfdən də həmin maska taxanların bir hissəsi sonradan onu küçədə hara gəldi atır. 

Ekspert Azər Allahverənov bildirdi ki, tibbi maskaların hara gəldi atılması insanlar arasında zərərverici,  xəstəliktörədici mikrobların yayılmasına rəvac verə bilər: “İstənilən halda, istifadə olunan tibbi maskaların hara gəldi  atılması doğru münasibət deyil.  Məişət tullantılarının hara gəldi atılması heç də xoşagələn hal deyil.  Bu həm də onu edən insanların mədəni səviyyəsinin aşağı həddə olmasının göstəricisidir.  Digər tərəfdən də bu hal insan orqanizminə ziyan vura biləcək müxtəlif mikrobların yayılması üçün əlverişlişəraitin yaradılması deməkdir. Aydiyyatı strukturlar bununla bağlı tövsiyyə verir ki, tibbi maskalar istifadə olunduqdan sonra səliqəli şəkildə yığılaraq, tullantıların olduğu qaba atılmalıdır”.

Ona görə də ekspert qeyd etdi ki, maskaların hara gəldi, açıq şəkildə atılması yolverilməzdir: “Çünki, tibbi maskaların üzərində müəyyən mikroblar ola  və o bu vəziyyətdən istifadə edib yayıla bilər.  Ən azından buna görə, tibbi maskaların açıq şəkildə yerə atılması belə təhlükəlidir. Mədəniyyəti aşağı olan kütlə normal vəziyyətdə hara və nəyi gəldi atırsa, onlardan təbii ki, tibbi maskaları da hara gəldi atdıqlarını gözləmək olar.

Pandemiya şəraitində bu hallar, ümumiyyətlə, yerə hər hansı bir əşyanın atılması  yolverlməzdir.  Bununla bağlı cərimə sanksiyaları var.  Hər hansı bir tullantının atılması yolverilməzdir. Hesab edirəm ki, burada müəyyən maarifləndirici işlər aparılmalıdır.  Bu nöqteyi-nəzərdə aydiyyatı strukturlar həmin istiqamətdə maarifləndirici işlər aparmalı və maskaların hara gəldi atılmasının təhlükəli olduğunu ön plana çəkərək, insanları belə hərəkətlərdən çəkindirməlidirlər”.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, maskaların hara gəldi tullanması koronavirusun yayılmasına təsir edən amillərdəndir: “İlk növbədə onu deyim ki, insanlar  buraxılan tibbi maskaların keyfiyyətindən narahatlıq ifadə edirlər. Belə ki, şikayətlənirlər ki, aldıqları  tibbi maskalar üzə taxılan kimi qırılır.

Əvvəldən deyirdim ki, zibil qablarının yanına xüsusi qablar qoyulmalı və istifadə olunan maskalar da ora atılmalıdır.  Buradan da həmin maskalar təşkil olunmuş şəkildə götürülərək utilizasiya olunmalıdır.  Ancaq təəssüf ki, bir çox insanlar maskanı öz mədəniyyətinə uyğun olaraq hara gəldi atır. Bu yolverilməzdir.  Maskada olan mikrob bu yolla insanlara yayıl bilər.  Düşünürəm ki, tibbi maskanın hara gəldi tullanması koronavirusun sürətlə yayılmasına təsir edən amillərdən biridir.  Maskanın hara gəldi atılması onun ən azından kiçik uşaqların əlinə dəyməsinə gətirib çıxara bilər. Bu da onların müxtəlif mikroblarla xəstələnməsinə səbəb ola bilər.  Ona görə də birmənalı şəkildə maskaları hara gəldi atmamalıyıq”.

R. SOLTANOV

 

 

Sizin Reklam Yeriniz