Əlaqə Arxiv
news Image
2020.06.30
12:49
| A A A
İran COVID-19 vaksinini insan üzərində sınaqdan keçirməyə başlayır
İran koronavirusun (COVID-19) vaksininin istehsalı sahəsində böyük addımlar atıb və tezliklə bu vaksinin insan üzərində sınaqdan keçirilməsinə başlanacaq. Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki Farmeks (Pharmex) 2020 Dərman Preparatları Sərgisinin açılış mərasimində deyib. S.Nəməkinin sözlərinə görə, ötən 4 ay ərzində iranlı mütəxəssislərin vaksinin istehsalı üzrə fəaliyyəti yaxından izlənilib və nəticələr çox ümidvericidir. Nazir əlavə edib ki, bu vaksinin heyvan üzərində sınağı uğurla keçib. O, bildirib ki, ölkədə koronavirusun yayılması ilə İran 60 gün ərzində əlaqədar səhiyyə vasitələrinin idxalçısından ixracatçılardan birinə çevrildi. S.Nəməki deyib ki, İran ötən ildə (21 mart 2019-dan -20 mart 2020-dək) səhiyyə vasitələri və dərman preparatlarının idxalını təxminən 20% azaldıb. Belə ki, təxminən 600 milyon avro vəsaitə qənaət edib. Qeyd edək ki, İranda ötən günədək 225 205 nəfər koronavirusa yoluxub, 10 672 nəfər ölüb, 186 180 nəfər sağalıb.
Sizin Reklam Yeriniz