Əlaqə Arxiv
news Image
2020.07.26
17:00
| A A A
İnsanların sağlamlığı təmiz və içməli sudan asılıdır
Tarixən insanların suya tələbatının ödənilməsinə yönəlmiş hər bir iş savab əməl sayılıb. Suyun insanlara xoşbəxtlik, sağlamlıq, səadət gətirdiyini xatırladan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin "Su verən, bulaq yaradan, çay açan hər bir insan həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır” fikirləri su təsərrüfatı işçilərinin əməyinə verilən ən böyük qiymətdir.
 İnfrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı nəzərəçarpacaq dərəcədə artmışdır. Regionlarda da əhalinin içməli su ilə əhatə dairəsi genişlənmişdir. 
 Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir.
 Taxtakörpü su anbarının tikintisi tarixi layihədir, digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. 
 Şəmkirçay su anbarı əhəmiyyətlidir, anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır.
Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir. 
Keçən il yaşanan quraqlıq onu göstərdi ki, böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. 
Su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə nə qədər böyük ziyan vurur. Su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər. Bu işlərə ekologiya üzrə mütəxəssislər mütləq cəlb olunmalıdır.
Bütün bu fikirləri  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə çıxışında söyləmişdir.
Ölkə Prezidenti daim xalqımızın sağlamlığının qeydinə qalır, xalqın rifahı naminə böyük və uğurlu layihələrə imza atır. Bu da təbii ki, hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Biz möhtərəm Prezidentimizlə fəxr edirik!
Verdiyeva Şəbnəm
Nəsimi rayon gənci 
Sizin Reklam Yeriniz