Əlaqə Arxiv
news Image
2020.08.01
18:31
| A A A
Bu giləmeyvə insanı arıqladır

Albalı artıq çəkidən qurtulmağa yardımçı ola bilər.

Movqe.az “Rosbalt”a istinadən xəbər verir ki, bunu diyetoloq-nutrisioloq Olqa Kondratenko bildirib.

Mütəxəssisin sözlərinə görə, albalıdakı B8 vitamini orqanizmdəki maddələr mübadiləsini sürətləndirir. Bundan başqa, albalı azsaylı kalorili giləmeyvədir – hər 100 qramda, təxminən, 52 kalori. O.Kondratenko vurğulayıb ki, albalıda immuniteti möhkəmləndirən xeyli vitamin və mikroelementlər də mövcuddur.

O qeyd edib ki, gündə 2 stəkandan çox olmayaraq albalı yemək olar. Diyetoloqun sözlərinə görə, albalını həddindən artıq yemək köpmə və ishal yarada bilər.

 

Sizin Reklam Yeriniz