Əlaqə Arxiv
news Image
2020.08.04
17:27
| A A A
Pandemiyaya qarşı ən yaxşı mübarizə aparan ölkənin adı açıqlandı
Vyetnam koronavirus pandemiyası ilə ən yaxşı mübarizə aparan ölkədir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında deyilir. Təşkilatın Koronavirusla Mübarizə Qrupunun lideri Mariya Van Kerkove bildirib ki, Vyetnam pandemiyaya qarşı sürətli və genişmiqyaslı hərəkət edib: "Onlar pandemiyaya nəzarət altına almağa kömək edən sistemə sahibdirlər. Bu, bütün ölkələrdə görməyimizi istədiyimiz bir sistemdir. Vyetnam infeksion xəstəliklərlə mübarizədə nəhəng təcrübəyə sahibdir". Qeyd edək ki, Vyetnamda uzun müddətdən sonra ilk dəfə 31 iyulda koronavirusa yoluxma qeydə alınıb. Yeni pandemiyanın mərkəzi olaraq göstərilən Da Nanq şəhərində 1,1 milyonluq əhalisinin hamısının testdən keçirilməsi planlaşdırılır. Xatırladaq ki, Vyetnamda bu günə qədər 670 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb. 378 nəfər sağalıb.
Sizin Reklam Yeriniz