Əlaqə Arxiv
news Image
2020.08.06
08:03
| A A A
Çimərliklərin açılması virus təhdidini artıra bilərmi?
Azər Allahverənov: “Məntiqlə Operativ Qərargah icazə verirsə, deməli, təhlükəli deyil, amma...”


Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması istiqamətində atdığı addımlar fonunda artıq çimərliklərin fəaliyyətinə qoyulan qadağa götürülüb. Bu isə  o deməkdir ki, mövsümün sona çatması ərəfəsində çimərlik mövsümünə start veriləcək.  Artıq Bakıda istifadəyə yararlı çimərliklərin adıları da açıqlanıb.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərliklərdə monitorinqlər keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, aparılan monitorinq və araşdırmaların nəticələrinə görə Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır. Deməli, bu addım koronavirus təhdidinin mövcud olması fonunda insanların çimərliklərə üz tutmasına gətirib çıxaracaq. Belədə çimərliklərin açılması virus təhdidini artıra bilərmi?
İctimai xadim Azər Allahverənovun fikrincə,  müəyyən mexanizmlər işlənin hazırlanmasa,  nəzarət güclü olmasa çimərliklərin açılmasına verilən icazə koronavirus pandemiyası təhdidinin yenidən artması ilə nəticələnə bilər: “Bu məsələ bildiyiniz kimi, birmənalı şəkildə qarşılanmayıb.  Sosial mediada bu məsələin müzakirəsi fonunda hətta həmin sahəyə bağlı insanlar, peşəkarlar belə onunla bağlı birmənalı şəkildə fikir bildirmirlər.  Sadə vətəndaşlar da bu halda çaşqınlıq altında qalırlar. Buradan çıxan nəticə ondan ibarətdir ki, aidiyyatı strukturlar öz aralarında vahid nəticəyə gəlməlidirlər.  
Onlar çimərlikdın istifadınin indiki halda təhlkələrə səbəb olub-olmayacağı barədə ciddi fikir bildirməlidirlər. Təəssüf ki, hətta tibb işçilərinin belə bu məsələdə fərqli-fərqli müxtəlif fikirlərinin şahidi oluruq. Yəni ilk növbədə prosesə cavabdeh olanlar öz aralarında qəti qərara gəlməlidir.  Yüksək dərəcədə təhlükəlidirsə, icazə verilməməlidir.  Müəyyən mənada çimərliyə getmək təhlükəlidirsə, onda davranış qaydaları müəyyən edilməlidir. Say etibarı ilə insanlar çox olmamalıdır. Çimərliyi mühafizə edən dəstələr müəyyən mənada prosesdən uzaq olmalıdır. Məntiqlə  Operativ  Qərargah icazə verirsə  deməli təhlükəli deyil. Amma bununla yanaşı beynəlxalq praktika da var.  Düşünürəm ki, nsanları çaşdırcaq informasiyalar dövriyyədə olduğunu nəzərə alaraq müəyyən maarifləndirici informasiyalar verilməli və bu istiqamətdə fəaliyyət gücləndirilməlidir.  Mən bir vətəndaş öz ailə üzvlərimə indiki halda çimərliyə getməyi rəva bilmirəm. Müəyyən yumşaldıcı addımlara getdilər. Amma çimərliklərdə prosesin tənzimlənməsi üçün lazım olan mexanizmlər, nəzarət çox zəifdir.  Halbuki bunlar olduqca vacibdir.  Bu təhlükəsizlik tədbirlərinə yüksək səviyyədə təminat veriləcəksə, çimərliklərdə virusa yoluxma təhlükəsi minimuma endirilə bilər. Əks halda, indiki fonda çimərliklərə üz tutmaq  qeyri ciddi səslənə bilər. Bu istiqamətdə dediyim kimi, informasiya qıtlığını aradan qaldırmalıyıq. Maksimum informasiya və bu informasiya dolğun, etibarlı olmalıdır”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz