Əlaqə Arxiv
news Image
2020.09.06
17:38
| A A A
Azərbaycanda 137 nəfər COVID-19-a yoluxub,140 nəfər sağalıb, 3 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 37 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 705 nəfər müalicə olunaraq sağalıb, 548 nəfər vəfat edib, aktiv xəstə sayı 2 076 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 612, ötən müddət ərzində isə ümumilikdə 963 104 test aparılıb.
Sizin Reklam Yeriniz