Əlaqə Arxiv
news Image
2020.09.25
15:54
| A A A
Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 101 nəfər yoluxma, 137 sağalma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 39 787 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 392 nəfər müalicə olunaraq sağalıb, 583 nəfər vəfat edib, aktiv xəstə sayı 1 812 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 705, bu günə qədər isə ümumilikdə 1 087 578 test icra olunub.
Sizin Reklam Yeriniz