Əlaqə Arxiv
news Image
2018.09.12
15:48
| A A A
Fındığın daha bir faydası açıqlandı

Harvard Universitetinin professorları fındığın daha bir faydasını üzə çıxarıblar.

 

Movqe.az publika.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar hər gün bir ovuc fındıq yeyənlərin bəzi xəstəliklərə yaxalanma riskinin azaldığını göstərib.

 

Fındıq yeyənlərin daha uzunömürlü olduğunu bildirən mütəxəssislər hesab edir ki, həftənin 5 günü, 30 qram fındıq yeyənlər xərçəng, ürək çatışmazlığı və tənəffüs yolları ilə bağlı xəstəliklərdən tam müdafiə olunurlar. Yetkinlik dövrünə kimi bu qaydada qidalanan qız uşaqlarının gələcəkdə döş xərçənginə yaxalanma riski 40 faiz azalır.

Bir çoxları kökəlməmək üçün fındıqdan uzaq durur. Ancaq alimlər fındığın kökəltmədiyini xüsusi vurğulayırlar. Çünki aparılan testlər fındıq, fıstıq, qoz kimi çərəzlərin kökəltmədiyini, əksinə, bədəndəki zərərli yağların əriməsinə kömək etdiyini təsdiq edib.

Sizin Reklam Yeriniz