Əlaqə Arxiv
news Image
2018.04.20
13:39
| A A A
Düzgün günəş kremi necə seçilməlidir?

Dəniz mövsümünün başlamasına bir neçə gün qalır. Çimərlikdə yaşanan problemlərdən biri də dəri ilə bağlıdır. Dərini qorumaq vacibdir və bunun üçün mütləq günəş kremlərindən yararlanmaq lazımdır. Lakin bu məhsulları seçərkən bəzi məqamlara diqqət edilməlidir. Elə isə dəri tipinə uyğun günəşdən qoruyan krem necə seçilir? Movqe.az aile.lent.az-a istinadən  bunun sirrini açıb.

Quru dərilər

Əgər dəriniz qurudursa, seçəcəyiniz günəş qoruyucu kremi spirt tərkibli olmamalıdır. Dərini nəmləndirən, aloe vera və ya qliserin ehtiva edən günəş kremləri istifadə etməlisiniz. Losyon kremlər, daha maye konsistensiyada olduqları və məsamələrin tıxanmasını qoymayan kremlərə üstünlük verməlisiniz. Yay ayları ilə yanaşı, qış aylarında da ən azından əl, boyun, üz kimi açıqda qalan bölgələrə günəş qoruyucu krem sürtməyi vərdiş halına gətirməlisiniz.

Həssas dəri

Əgər həssas bir dəriniz varsa, günəş qoruyucu seçərkən əlavə diqqət göstərməlisiniz. Qoxulu olmayan, allergik reaksiyalara gətirib çıxarmayacaq günəş kremləri seçiminiz olmalıdır. SPF 50 və yuxarı günəşdən qoruyucular tətbiq etməyinizdə fayda var.

Yağlı dəri

Bir çox günəş qoruyucunun quruluşu və tərkibi qatıdır. Bu cür məhsullar dərinin daha çox yağ çıxarmasına və çivzələrin artmasına səbəb olur. Əgər dəriniz çox yağlıdırsaə sprey formasında olan günəş qoruyuculara üstünlük verməlisiniz.

 

Qarışıq dəri

Günəş qoruyucu kremlər vəzifəsinin tələbi ilə bağlı olaraq yağ ehtiva edir. Bu səbəbdən də günəş kremi seçərkən az yağlı məhsullara üstünlük verin. Qarışıq dəri quruluşuna malik olanlar maye formasında olan məhsullar istifadə etməlidirlər. Günün sonunda dəri təmizlənərək, bu məhsulların yaratdığı yağlılıq azaldılmalıdır.

Günəşdən necə qorunaq?

Günəş şüalarının pik olduğu 11.00-15.00 arası saatlarda günəşə çıxmayın. Şapka istifadə edin, eynək taxın. Açıq rəngli geyimlər seçin. İsti havada maye itkisi daha çox olduğu üçün bol su için. Dəniz suyunun ultrabənövşəyi şüalarını əks etdirdiyini unutmayın. Bu səbəbdən də kölgədə qalmağa çalışın. Ən əhəmiyyətli məqamı unutmayın: yay-qış günəş qoruyucu istifadə edin.  Yayda günəşə çıxmazdan yarım saat əvvəl mütləq günəş kremi çəkin. Qışda isə açıqda qalan bölgələr olan əl, üz və boyun kimi bölgələrə tətbiq edin.

Seçdiyiniz günəş kremi dəriyə hopmalıdır və qidalandırıcı olmalıdır. Həmçinin, tez qatılaşmamalıdır. 

Sizin Reklam Yeriniz