Movqe.az xəbər verir ki, saç dərisindəki sebum ilə bu bölgədə olan bakteriyalar və ölü hüceyrələr bir araya gəldiyində saç dərisində akne meydana gələ bilər. Hormonal dəyişikliklər, sağlamlıqsız bəslənmə, allergiyalar, gigiyena qaydalarında pozuntu, nəmli şərtlər, çirklilik və bəzi kimyəvi maddələr saç dərisində sızanaqlara səbəb ola bilər.
Stress və yorğunluq da saç dərisində sızanaq yarada bilər. Saç dərisindəki sızanaq problemi üçün mütləq bir dematoloqa müraciət etməyiniz lazımdır.
Necə müalicə edilir?
Pomidor suyunun içindəki turşu, akne quruducu xüsusiyyət göstərir.Təzə pomidor suyunu saç dərisinə sürtün, 10 dəqiqə gözlədin və yuyun.
1 qaşıq pomidor suyu, bir neçə damla limon və yarım qaşıq balı da qarışdıraraq tətbiq edə bilərsiniz. 5 dəqiqə gözlədib ilıq suyla başınızı yaxalayın. Bu maskaları bir neçə gündən bir tətbiq edə bilərsiniz.
Bərabər miqdarda alma sirkəsi və ilıq suyu qarışdırıb saçlarınızı yaxalayın. 5-10 dəqiqə gözləyib, təmiz su ilə yenidən yuyun. Saçınızı hər şampuanladığınızda bu əməliyyatı təkrarlayın.
Aloe vera yarpağını kəsib birbaşa olaraq saç dərisindəki sızanağa tətbiq edin. Həftədə 2 dəfə bu əməliyyatı təkrarlayın.
Bu cür maskalar etsəniz, saçlarınız daha sağlam və gümrah olacaq.