news Image
2017.05.19
12:27
| A A A
Uşaq hər gün 7 ədəd qoz yesə bunlar olacaq

Şagird və tələbələrin təhsil həyatındakı müvəffəqiyyətində sağlam qidalanmanın böyük əhəmiyyəti var. Türkiyəli dietoloq İşın Sayın bu baxımdan qozun uşaqların zehni inkişafında əvəzsiz rol oynadığını deyib.

Movqe.az uşağın böyüməsi, inkişafı və dərs müvəffəqiyyəti baxımından sağlam qidalanma vərdişlərinin vacibliyini vurğulayan mütəxəssis uşaqların məktəb uğurlarını artırmaq üçün onlara hər gün 7 ədəd qoz yedirtməyi məsləhət görür.

 

Hər gün nizamlı olaraq 7 ədəd qoz yeyilməsi vacibdir. Qozda olan lazımlı yağ turşuları böyüklərdə yaddaşı qoruyur, uşaqlarda isə beyin funksiyalarını dəstəkləyir: "Qozda olan B vitamini sinir hüceyrəsinin sağlamlığı üçün lazımlıdır. Dəmir və sink də yaddaş və beyin funksiyaları üçün əhəmiyyətli minerallardır. Bunların hamısı qozun tərkibində olduğu üçün məktəbli uşaqlarının dərs müvəffəqiyyəti və zehni inkişafı üçün vacibdir. Sağlam zehni inkişaf üçün uşaqlarınızın məktəb çantasından 7 ədəd qozu əskik etməyin".

 

Həkimin sözlərinə görə, qozun ləpəsini yox, qabıqlısını almaq daha yaxşıdır. Qabıqdan təmizlənmiş qoz uzun müddət piştaxtalarda qaldıqda, havayla təmas müddəti uzandıqca faydasını itirir, qoxu və dad dəyişikliyi yaranır. Qovrulmuş qozlar isə yüksək istiliyə məruz qaldığı üçün qida dəyərini əhəmiyyətli dərəcədə itiriar.(Aile.lent.az)

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs