Hamı bilir ki, soğan güclü mikrob və iltihabəleyhinə təsirə
malikdir. Yaxınlarda Yaponiya alimləri soğanın növbəti faydasını
aşkar ediblər.
Movqe.az saglamolun.az-a istinadən bildirir ki, Kumamoto
Universiteti alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər
ki, soğanın həmçinin güclü xərçəngəleyhinə aktivliyi var.
Araşdırmalar göstərib ki, soğanın tərkibində olan "onion A" maddəsi
yumurtalıq xərçəngininin inkişafını xeyli ləngidir, orqanizmin
xərçənglə mübarizə edən hüceyrələrinin aktivliyini artırır, şişi
kiçildir.
MedicalNewsToday xəbər verir ki, alimlər onion A maddəsinin
təsirini yumurtlıq xərçəngi olan siçanların üzərində yoxlayıblar.
Onion A almayan siçanlarla müqayisədə bu maddəni alan xəstə
siçanlar daha çox yaşayırdı. Həmçinin alimlər fikir veriblər ki, bu
siçanlarda şişin ölçüləri xeyli kiçilib.
Araşdırmalar davam edir. Alimlər hesab edirlər ki, soğan əsasında
hazırlanan yeni preparat yumurtalıq xərçənginin müalicəsini daha
effektli edə bilər.
Soğan həmçinin xərçəngin profilaktikası üçün də istifadə oluna
bilər.