Xroniki leykozun klinik təzahürləri aşağıdakı böyük sindromlarla ifadə olunur:
- intoksikasiya
- sümük iliyində leykoz hüceyrələri
- dalaqda böyümə ,ağrı və ağırlıq
- qaraciyərdə böyümə, ağrı və ağırlıq
- zəiflik, tərləmə, çəkinin azalması
- dəridə leykemik infiltirasiyalar
- sümük iliyində və periferik qanda dəyişikliklər.
Movqe.az immunitet.az-a istinadən bildirir ki, xəstəliyin müxtəlif
mərhələlərində əlamətlərin artb-azalması baş verir. Xəstəlik
ağırlaşdığı zaman əlamətlər daha da kəskinləşir:
- hemorragik diatez baş verir
- irinli-iltihabi proseslər meydana çıxır (pnevmoniyalar,
plevritlər, bronxitlər, dəri və dərialtı piy təbəqəsinin irinli
zədələnmələri)
- sidik turşusu diatezi.
Xəstəliyin başlanğıcında xəstələrin heç bir şikayətlləri olmur,
sonralar xəstələrdə ümumi zəiflik, tərləmə, çəkinin itməsi müşahidə
edilir. Daha sonra sol və sağ qabırğa altı nahiyyələrdə ağrı və
ağırlıq hissi meydana çıxır. Sümüklərdə ümumi müştərək ağrı
hissinin olması həkimə diaqnozun qoyulmasında yardım edir.
Xəstəliyin terminal mərhələsində xəstələrin şikayətləri fəsadların
inkişafı ilə bağlı olur.
Ağırlaşmalar artdıqca dalağın infarktı baş verir, dalaq böyüyür və
ağrılı əlləni