news Image
2017.09.16
12:30
| A A A
Bu səbəbdən arıqlamaq istəyənlər sitrus meyvələri yeyir

Fitoterapevtlər (xəstəlikləri təbii vasitələrlə müalicə edən həkimlər) sitrus meyvələrinin qabıqlarını çox giymətli müalicəvi məhsul hesab edirlər.

Movqe.az saglamolun.az-a istinadən bildirir ki, həqiqətən sitrus meyvələrinin qabıqları bir çox faydalı maddələrlə zəngindir.

Sitrus meyvələrinin tək üzdəki sarı qabığı deyil, ağ qabığının da çox faydalı xüsusiyyətləri var. Təəssüf ki, bunu az insan bilir.

Ağ qabığın tərkibində xüsusi maddə "naringin" var. Bu maddə piylərin yandırılmasını sürətləndirir və arıqlamağa kömək edir. Həmçinin bu maddə qan damarlarının elastikliyini artırır, aterosklerozun qarşısını alır, orqanizmi tonuslaşdırır, orqanizmədə qocalma prosesləri ləngidir.

Digər tərəfdən sitrus meyvələrinin ağ qabığında "kversetin" maddəsi var. Bu maddə damarları möhkəmləndirir, qanda xolesterolun səviyyəsini aşağı salır. Orqanimdə xolesterolun səviyyəsinin artması ürək-damar xəstəliklərinin əsas səbəbidir.

Bütün bunları nəzərə alaraq alimlər sitrus meyvələri ağ qabığı ilə birlikdə qəbul etməyi tövsiyə edirlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs