Arıqlamaq istədi, 18 kiloya düşdü
Kaliforniyada yaşayan Rachael Farrokh 10 ildir ki, Anoreksiya Nevrozundan əziyyət çəkir. Bu xəstəliyə tutulmadan öncə Rod Edmondsonla ailə quran bəxtsiz qadını həyat yoldaşı belə anladır: “ Çox aktiv, mükəmməlliyyətçi, sağlam və gözəl qadın idi. Onunla tanış olduğum gündən çəkisi 56 kilo olub. Sonra arıqlmaq qərarı aldı və 18 kiloya düşdü. İkimiz də işsiz olduğumuzdan xəstəxanada müalicə almaq imkanı yoxdur. Ona ev şəraitində mən qulluq edirəm”. Sosial şəbəkədə yayılan fotodan sonra taleh üzünə gülən qadının müalicəsini insanlar qarşılayıblar. İndi Rachael Farrokh sağalacağı günü səbirsizliklə gözləyir.
1
2
3
4
5
7
8
9
Qızılgül SARIYEVA