Əlaqə Arxiv
news Image
2018.09.28
13:15
| A A A
DİQQƏT! Sağ qolunuza baxın!

İngilis alimləri apardığı son araşdırmaları zamanı bir həqiqəti ortaya çıxarıb.

Movqe.az Milliyet-ə istinadən xəbər verir ki, dəri xərçəngi riskinin xal sayıyla əlaqəli olduğu məlum olub. Araşdırmada iştirak edən 3 min insan 8 il ərzində təqib olunub.

Həmin şəxslərin dəri tipləri, çilləri barədə məlumat toplanılıb. Məlumatlar, dəri xərçəngi diaqnozu qoyulan xəstələrlə müqayisə edilib.

Nəticədə, sağ qolunda 11-dən çox xal olanların dəri xərçənginə tutulma ehtimalının yüksək olduğu müəyyən olunub.

Sizin Reklam Yeriniz