news Image
2016.11.29
21:30
| A A A
Diqqət! Spirtli içkilər 7 xərçəng növünə səbəb olur

Dünya tibb aləmində spirtli içkilərin ziyansız dozası haqda çoxdan mübahisələr gedir. Movqe.az saglamolun.az-a istinadən bildirir ki, bəzi araşdırmalar göstərir ki, qırmızı çaxırın az miqdarda qəbulu hətta ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

Lakin onkoloqların fikrinə görə, spirtli içkilərin ziyansız miqdarı yoxdur. İstənilən dozada istənilən spirtli içkilərin qəbulu xərçəngin riskini artırır.

Təbii ki, tez-tez və çoxlu miqdarda spirtli içkiləri içən insanlarda bu risk daha da yüksək olur.

Amerika onkoloqlarının araşdırmaları göstərib ki, spirtli içkilər ən azı 7 xərçəng növünə səbəb olur:
- ağız boşluğu xərçəngi
- qırtlaq xərçəngi
- qida borusu xərçəngi
- qaraciyər xərçəngi
- yoğun və nazik bağırsağın xərçəngi
- süd vəzi xərçəngi.

Ümumdünya xərçəng araşdırmaları fondu xərçəngin profilaktikası məqsədi ilə spirtli içkilərin qəbulundan tam imtina etməyi tövsiyə edir.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs