Əlaqə Arxiv
news Image
2018.08.02
09:18
| A A A
Doyunca yatmamaq bu fəsadlara gətirib çıxarır

Doyunca yatmamaq orqanizmdə fiziki, koqnitiv və emosional proseslərin çoxuna pis təsir göstərir.

Movqe.az  xəbər verir ki, tədqiqatçılar ürək-damar sisteminin daim yüklənmiş şəraitdə necə işlədiyini aydınlaşdırmaq qərarına gəliblər.

Tədqiqata orta yaşı 31 olan 20 sağlam (19 kişi və bir qadın) iştirakçı cəlb edilib. Onlar tam növbədə işləməli, gündə üç saat yatmalı olublar. Hər bir iştirakçının ürək-damar sistemi maqnit-rezonans təsviri proqramı vasitəsilə yoxlanılıb.

Tədqiqat iştirakçılarında qan təzyiqinin yüksəlməsi, ürəyin yığılması tezliyinin artması müşahidə olunub.

Tədqiqat qrupunun rəhbəri, Almaniyanın Bonn Universitetinin professoru Deniel Kvetinq deyib: "Uzunmüddətli iş növbələri ürək əzələsinin fəaliyyətini, qan təzyiqini, ürəyin yığılma tezliyini pozur".

Bundan əlavə, tireotrop hormonunun, FT3 və FT4 qalxanvari vəzisi hormonunun və orqanizmin stressə cavab olaraq əmələ gətirdiyi kortizol hormonunun səviyyəsi artıb.(Azertac.az)

Sizin Reklam Yeriniz