Əlaqə Arxiv
news Image
2018.03.20
16:30
| A A A
Bu xəstəlik bütün orqanları zədələyir

Movqe.az  bildirir ki, nəzarət edilə bilməyən diabet, ürəkdən gözlərə qədər bütün orqanları xəstə edir. 

GÖZ XƏSTƏLİKLƏRİ: Diabet kapilyarları hədəfə alan bir xəstəlikdir. Kapilyarlar ən çox göz, beyin, ürək və böyrəklərdə var. Qanda şəkərin səviyyəsi yüksək olduqda gözə qan sızması, katarakt və korluq yaranır.

DİŞƏTİ XƏSTƏLİKLƏRİ: Diabetli xəstələrdə dişəti iltihabı və dişəti əriməsi kimi problemlər ortaya çıxır.

XOLESTERİN: Nəzarət edilməyən şəkər, təzyiq və xolesterin kimi problemlərə səbəb olur. Xüsusilə LDL (pis) xolesterin damarlarını tıxayır. Bu səbəblə diabet xəstələrində infarkt riski 4 dəfə artır.

DƏRİ XƏSTƏLİKLƏRİ: Qan dövranın azalması nəticəsində dəridə quruluq, göbələk və dəri infeksiyaları ortaya çıxır. Xüsusilə ayaq dərisi daha çox zədələnir, diabetə bağlı olaraq, yaralar əmələ gəlir.

YÜKSƏK TƏZYİQ: Şəkər xəstələrinin 70 faizində təzyiq xəstəliyi də görünür. Diabetlə birlikdə ortaya çıxan təzyiq erkən dövr orqan itkiləri, beyinə qan sızması, gözdaxili qanaxma və infarkt kimi riskləri artırır.

MƏDƏ VƏ BAĞIRSAQ XƏSTƏLİKLƏRİ: İllərlə diabeti olanlar həzm problemi yaşayır. Gastroparezi olaraq da adlandırılan "mədə və bağırsaq tənbəlliyi" həzm vərdişinə pis təsir göstərir./saglamol.az/

Sizin Reklam Yeriniz