Əlaqə Arxiv
news Image
2017.01.14
12:30
| A A A
Corablar qanda şəkəri ölçəcək

Kaliforniya Universiteti alimləri qanda şəkərin səviyyəsinə nəzarət etmək üçün qeyri-adi üsul təqdim ediblər.
Xarici KİV-lərin məlumatına görə,yeni metodikaya əsasən şəkər qanda deyil, tərdə ölçülür və bu işdə xüsusi elastik sensorlarla təchiz olunmuş corablar kömək edir.
Sensorlar tərdə şəkərin səviyyəsini ölçür və əldə edilmiş məlumatları insanın telefonuna göndərir.
Alimlərin fikrinə görə, yeni metodika yaxın zamanlarda geniş istifadə olunacaq və ənənəvi qlükometrlər (qanda şəkərin səviyyəsini ölçən cihazlar) istifadədən həmişəlik çıxacaq. /saglamolun.az/

Sizin Reklam Yeriniz