Əlaqə Arxiv
news Image
2017.01.16
17:15
| A A A
Yalnız kişilər oxusun

Erkən boşalma (erkən eyakulyasiya) - hər iki partnyorun seksual məmnunluq almaları üçün kifayət edəcək dərəcədə cinsi aktın müddətini kişi tərəfindən nəzarət edə bilmədiyi vəziyyət adlandırılır. Erkən eyakulyasiya kişilərdə ən geniş yayılmış seksual problemdir (40 % hallarda rast gəlinir).

Erkən boşalma - çox incə kişi problemidir. Movqe.az saglamheyat.com-a istinadən bildirir ki, azərbaycanda bu cür problemləri olan əksər kişilər mütəxəssislərə çox nadir hallarda müraciət edirlər və ümid edirlər ki, "hər şey öz - özünə keçib gedəcək" və ya sadəcə bilmirlər ki, erkən eyakulyasiya müvəffəqiyyətlə müalicə olunur. Baxmayaraq ki, erkən boşalma yalnız tibbi deyil, həm də ictimai problemdir, çünki onun mövcud olması kişilərdə öz - özünə qiymət vermə və həyat keyfiyyətinin azalmasına səbəb olur, partnyora mənfi təsir göstərir və və cinsi qarşılıqlı münasibətləri korlayır.

Sağlam kişilərdə cinsi akt orta hesabla 7.3 dəqiqə davam edir. Lakin erkən eyakulyasiyanı yalnız cinsi aktın müddətinə görə qiymətləndirmək olmaz. Orqazma 2 dəqiqədən də az vaxta çatan bir qadın üçün 2 dəqiqə müddətli cinsi akt ilə kişi tamamilə sağlam kimi qiymətləndirilə bilər. Orqazma çatmaq üçün 10 dəqiqədən artıq vaxt tələb olunan qadın üçün 7.3 dəqiqəlik cinsi akt zamanı kişi erkən eyakulyasiya ilə kişi kimi qiymətləndirilə bilər.

Səbəblər

• Cinsi əlaqədən uzun müddət ərzində çəkinmə və ya cinsi əlaqələrin və masturbasiyanın aşağı tezliyi, bunun nəticəsində cinsi ehtirasın artması baş verir ;

• Cinsi akt zamanı ereksiyanın vəziyyətinə görə narahatlıq və qorxu, öz partnyorunun mümkün ola biləcək razı salmamaq səbəbindən həyacan ;

• Koitusun aparılması üçün pis, əlverişsiz şərtlər səbəbindən ("ayaqüstü seks") baş verən eyakulyasiyanın tezləşməsinə görə vərdiş ;

• Qadının intensiv, ehtirası oyadan təsiri (onun böyük cazibədarlığı, bədən hərəkətləri) ;

• Enurez ;

• Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ;

• Penisin dərisinin həddən artıq həssaslığı ;

• Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ;

• Uğursuzluğun beyindən çıxmayan gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar.

Müalicə

1. Xəstəliyin səbəbi olmuş iltihabi xəstəliklərin müalicəsi.

2. Cinsi, psixoloji, davranış terapiyası, özünü tənzimləmə və yayındırma metodu.

3. Həddən artıq həssaslığın konservativ müalicəsi - prezervativ və keyləşdirici məlhəmlər vasitəsilə aparılır.

4. Farmakoterapiya - antidepressantlar, anksiolitiklər və potensiyanın yaxşılaş-dırılması üçün istifadə olunan preparatların vasitəsilə aparılır.

5. Cərrahi müalicə - birləşdirici pərdənin plastikası, sünnət və penisin başının mikrocərrahi denervasiyası.

Sizin Reklam Yeriniz