Əlaqə Arxiv
news Image
2017.03.22
10:00
| A A A
Qadının təzyiqi gələcək uşağın cinsinə təsir edir

Maunt Sinay (ABŞ) hospitalında çalışan alimlər araşdırmalar nəticəsində belə qərara gəliblər ki, qadının təzyiqi gələcək uşağın cinsinə təsir edir.
Belə ki, təzyiqi yüksək olan qadınlarda daha tez-tez oğlanlar, təzyiqi aşağı olan qadınlarda isə qızlar doğulur.
The Daily Mail xəbər verir ki, araşdırmada 1411 hamiləliyi planlaşdıran qadın iştirak edib. Qadınların təzyiqi hamiləlikdən əvvəl və hamiləlik zamanı daim ölçülürdü. Məlum olub ki, eksperimental qrupda hamiləlikdən əvvəl və hamiləlik zamanı təzyiqi yuxarı olan qadınlarda əksər hallarda oğlanlar doğulub.

 

Saglamolun.az

Sizin Reklam Yeriniz