Əlaqə Arxiv
news Image
2017.01.31
15:55
| A A A
KİV: Ermənistanda seçiciləri 100 dollara satın alırlar

Ermənistanda qarşıdan gələn parlament seçkilərində hər bir seçicinin ələ alınması üçün verilən rüşvət 100 dollara çatacaq.

Bunu Ermənistanda çıxan “Joxovurd” (“Xalq”) qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, seçkiqabağı dövrdə Ermənistan sakinlərinə çoxsaylı rüşvət təklifləri edilməyə başlanıb. Qəzet redaksiyasına bu məsələ ilə bağlı çoxsaylı məlumatlar daxil olur.

Xəbərdə bildirilib ki, hakim Ermənistan Respublikaçılar Partiyası seçkidə saxtakarlıqlar etməyə hazırlaşır: “Ötən seçkidə hər seçiciyə 5-10 min dram rüşvət (təqribən 1-2 dollar) verilirdisə, bu keçiriləck eyni siyasi kampaniyada səsləri almaq üçün seçicilərə 100 dollar məbləğində rüşvət təklif ediləcək”.

Qeyd edək ki, bu il aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək. (“Report”)

Sizin Reklam Yeriniz