Əlaqə Arxiv
news Image
2017.01.31
22:45
| A A A
Şiş 7 yaşlı Şahzadəni kor etdi - FOTO

50 yaşlı Müsəmmət Cahanı qəhər boğur. O, kiçik qızının indiki halında özünü, cahilliyini, laqeydliyini və bisavadlığını suçlayır.

Müsəmmətin kiçik qızı, 7 yaşlı Şahzadənin sol gözü kor olub. Daha doğrusu, qızın gözündəki xərçəng şişi böyüyüb, şişib və onun bəbəyini töküb.

Movqe.az milli.az-a istinadən bildirir ki, Pakistanın ucqar kəndində yaşayan Müsəmmət Cahanın qızı hələ 8 aylıq olanda onun sol gözündə problemlər yaranmışdı.

Daha sonra şiş əmələ gəlib.

Həkimlər cərrahiyyə əməliyyatı ilə şişi kəsib götürsələr də, problem həll olunmayıb.

Bir qədər sonra şiş yenidən böyüməyə  başlayıb.

7 yaşlı Şahzadənin üzündə indi az qala başı boyda şiş var.

Müsəmmətin əri, 55 yaşlı Əli Həsən Şeyxin sözlərinə görə, Şahzadənin gözünü kor etmiş şişi müalicə etmək üçün pulları yoxdur.

"Qızımı Kəraçiyə apardım, orada əməliyyat olundu. Şişi kəsib götürmüşdülər. Amma şiş yenə yarandı və böyüdü. Çarəsizik indi", - Həsən Şeyx deyib.

 

Sizin Reklam Yeriniz