Əlaqə Arxiv
news Image
2017.02.01
17:16
| A A A
Soğan istehlakı xərçəngin qarşısını alır

Mütəxəssislər xərçəngdən qorunmaq üçün quru soğan istehlak edilməsini tövsiyə edirlər.
Soğanın antibiotik xüsusiyyəti ilə yanaşı, qan şəkərini tənzimləyici təsiri olduğunu, xüsusilə şəkər xəstələri yeməklə birlikdə soğan da istehlak etməli olduğunu bildirdilər.
Soğanın qaraciyər və bağırsaqları da təmizlədiyini ifadə edən tədqiqatçılar bildiriblər: "Soğanın mədə sümük toxumasında vəzilərə xəbərdaredici təsiri vardır, bu isə, iştahı açır. Bronxit öskürək, boğaz iltihabı üçün təsirlidir. Dərman sənayesində də bəlğəm gətirən ferment kimi soğanın tərkibindəki sistein maddəsi istifadə edilir".
Soğan C vitamini üçün çox yaxşı bir mənbədir. Araşdırmalar təzə soğanın HDL dediyimiz yaxşı xolesterinin səviyyəsini artırdığını göstərmişdir: yüksək qan təzyiqinin qarşısını alır, damarların genişlənməsini təmin edir, xərçəngdən qoruyucu təsirə malikdir, çox yaxşı antioksidantdır, bədəndə şiş və digər zərərli maddələrin yaranmasını əngəlləməkdə əla vasitədir. Zəngin tərkibli soğan güc və sağlamlıq verən bir qidadır. Soğanda bol miqdarda A, B və C vitaminləri, fosfor, yod, kükürd kimi orqanizmə çox faydalı maddələr vardır. Mütəxəssislər soğandan geniş istifadə edilməsini məsləhət görürlər.
Deyerler.org

Sizin Reklam Yeriniz