Əlaqə Arxiv
news Image
2017.02.03
14:14
| A A A
İynəbatırmanın müalicəvi effekti nədən ibarətdir?

Bioloji aktiv nöqtələrə iynə batırılması müvafiq daxili orqanların funksiyasının normallaşdırılmasına təsir edir. 
Bu sözləri həkim-refleksoterapevt Novruzova Natella bildirib.
“İynəbatırma ilə müalicə -bədəndə olan müəyyən bioloji aktiv nöqtələri iynələmək yolu ilə müalicə metodudur.Bu müalicə metodu təbabətin əsas devizi olan "xəstəlik deyil,xəstə müalicə olunmalıdir"prinsipinə əsaslanan qədim Çin təbabətindən gəlir.Məsələn aritmiya, hipertoniya xəstəliyi,bronxial astma,gəyirmə,mədənin hipertoniyası, qəbzlik,yemək borusu,mədə spazmı,insult,nevralgiyalar,nevritlər(üz sinirinin nevriti),miqren,lumbaqa,radikulit-oturaq sinirin nevralgiyası, osteoxandroz,nevrozlar,kəkələmə,allergiya,menstrual tsiklin pozulması,klikmaterik sindrom,angina,faringit,laringit,rinit,eşitmə sinirinin nevriti,neyrodermit,dəri qaşınması, vaginizm,cinsi pozğunluq  kimi xəstəliklərin müalicəsində uğurla tətbiq edilir.Xəstəliyin ilkin dövründə müalicə aparılarsa maksimal effekt göstərir. Müalicə kursunun müddəti və miqdarı həkim tərəfindən individual olaraq təyin olunur”.

Sizin Reklam Yeriniz