Əlaqə Arxiv
news Image
2017.09.20
10:00
| A A A
Cərrahlar niyə məhz yaşıl və mavi forma geyinir?

Heç düşünmüsünüzmü ki, əməliyyat otağındakı həkimlər nəyə görə ağ deyil, yaşıl, yaxud mavi rəngli forma geyinirlər? Sən demə,  belə bir
Buna da baxın:

Movqe.az milli.az-a istinadən bildirir ki, ilk öncə tibb işçilərinin hamısının geyimi ağ rəngdə olub. Lakin 1914-cü ildə nüfuzlu həkimlərdən biri  bu rəngdən  imtina edərək əvvəlcə yaşıl, sonra isə mavi rəngi seçdi.

Məsələ burasındadır ki, cərrah baxışlarını qanın tünd rəngindən həmkarlarının xalatına yönəldərkən ağappaq rəng bir neçə anlıq onu kor edə bilər. Eyni şeyi bir  evdən çıxarkən günəşli havada qara baxanda yaşayırıq.
 
Bəs nə üçün bənövşəyi, ya sarı deyil, məhz yaşıl və mavi? Məsələ burasındadır ki, yaşıl və mavi  rəng spektrində qırmızıya əksdir. Əməliyyat zamanı həkimlər məhz qana baxırlar.
 
Beləliklə, yaşıl və mavi rəng nəinki həkimlərin gözlərini aydınlaşdırır, həmçinin  qırımızı rəngə qarşı daha həssas edir. Bu da əməliyyat  zamanı səhv ehtimalını da azaldır.

Sizin Reklam Yeriniz