Əlaqə Arxiv
news Image
2017.03.06
09:15
| A A A
Diş qıcanması nədən baş verir?

Bruksizm (diş qıcanması) ən çox gecə yuxuda olan zaman çənələrin sıx hərəkəti ilə dişlərin bir-birini sıxılmasıdır. Bruksizmə bütün yaş dövrlərində olan adamlarda rast gəlmək mümkün olur. Xəstəliyin əmələ gəlmə səbəbləri haqqında müxtəlif məlumatlar var.

Movqe.az immunitet.az-a istinadən bildirir ki, bəzi mütəxəssislər bunun dişlər arasında qapanma pozğunluqlarının olması səbəbindən baş verdiyinin söyləyirlər. Bəzi mütəxəssislər isə dişlərin qıcanmasının sinir sistemi ilə əlaqəli olmasını qeyd edirlər. Bir qism mütəxəssislər isə bruksizmin beyin və dişlərin qarşılıqlı problemlər səbəbindən baş verdiyini söyləyirlər. Bruksizm zamanı aşağıdakı narahatçılıqlar meydana gələ bilir:
* diş ağrıları
* dişlərdə çatlar
* baş ağrıları
* üz əzələlərində ağrı
* yanaq əzələlərin sallanması.
Bruksizmin baş vermə səbəblərindən ən birincisi stress faktorudur. Ən çox da duyğusal stresslərin səbəb olduğu bu xəstəlik uzun müddət yetərincə yatmadıqda da baş verdiyi sübuta yetirilmişdir. Belə ki, beyinin qıcıqlandığı zaman sinir ucları ağız boşluğundakı əzələləri qıcıqlandıraraq qıcolmaya səbəb olur ki, bu da dişlərin qıcanmasına səbəb olur.
Dişlərin qıcanması dişlərin çeynəyici təbəqəsində aşınmaya, arxa dişlərin çıxıntılarında çatların əmələ gəlməsinə səbəb olur. Bu çatlar isə zamanla böyüyərək dişlərin korlanmasına səbəb olur.
Bruksizmin baş verməsi aşağıdakı səbəblərdən meydana gəlir:
* həddindən artıq əsəbilik
* həddindən artıq həssaslıq
* dişlərin düzülüşündə pozulmalar olduqda
* beynin qıcıqlanması
* yuxusuzluq.
Xəstəliyi müalicə etmək üçün diş qıcanmasına səbəb olan amil tapılmalı və həmin istiqamətdə müalicə tədbirləri aparılmalıdr. Müalicə müddətində isə qoruyucu məqsədlə dişlərə xüsusi qoruyucu yerləşdirilərək qıcanma zamanı dişlərə gələn zərərin qarşısı alınır.

Sizin Reklam Yeriniz