news Image
2017.03.08
11:15
| A A A
Hər il bu səbəbdən 1.7 milyon uşaq ölür

Hər il çirklənmiş ətraf mühit 1.7 milyon uşağın ölümünə səbəb olur.

Movqe.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (WHO) hesabatında qeyd olunub. 

Azyaşlıların ölüm səbəbləri arasında passiv siqaret istifadəsi, ultrabənövşəyi şualarla şüalanma, istismara yararsız eketrik cihazlarından və yararsız sudan istifadə də var. Ölüm hallarının 570 mini çirklənmiş havanın payına düşür. Cirkli hava uşaqlarda beyn inkişafına, ağ ciyərlərin fəaliyyətinə mənfi təsir göstərir, astmaya, sonradan ürək xəstəliklərinə səbəb olur.
 
Qeyd olunub ki, ölənlərin əksəriyyəti bir ay-beş yaş arasında olan uşaqlardır.
 
Hesabatlara əsasən, bu halların qarşısını almaq üçün içməyə yararlı sudan və yemək hazırlayarkən keyfiyyətli yanacaqdan istifadə etmək lazımdır. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı havanın çirklənməsinin qarşısını almağı, sanitariya normalarına əməl etməyi, hamilə qadınları müdafiə etməyi tövsiyyə edir. ÜST-ün qənaətinə görə, köhnə mobil cihazlardan istifadə uşaqlar üçün əsas təhlükələrdən biridir. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs