news Image
2017.05.06
12:30
| A A A
Bu qan qrupu olan qadınlar HAMİLƏLİKlə problem yaşayır

Amerika alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, 1-ci qan qrupu olan qadınlarda digər qan qrupları ilə müqayisədə yumurtalıqlarda yumurta hüceyrələrinin  sayı daha azdır və onların "keyfiyyəti" daha aşağıdır.
Kişilərdən fərqli olaraq qadın orqanizmində cinsi hüceyrələr "istehsal olunmur". Qız dünyaya gələndə cinsi hüceyrələr onun yumurtalıqlarında artıq olur. Buna "ovarial rezerv" deyilir (ovum - latın dilində "yumurta" deməkdir). Daha sonra yeni cinsi hüceyrələr qadın orqanizmində əmələ gəlmir.
Yetkinlik yaşlara çatdıqda "yatılı" vəziyətdə olan cinsi hüceyrələrin inkişafı prosesi başlayır.
Hər menstrual dövr ərzində 1 və ya daha nadir hallarda bir neçə yumurta hüceyrəsi böyüyür, inkişaf edir və yumurtalıqdan çıxır (ovulyasiya).
1 qan qrupu olan qadınlarda digər qan qrupları ilə müqayisədə hamiləlik ehtimalı daha aşağı olsa da bu o demək deyil ki, bu qadınlar sonsuzdur. Sadəcə bu qadınlar öz reproduktiv sağlamlığına qarşı daha diqqətli olmalıdır.


Saglamolun.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs