Əlaqə Arxiv
news Image
2018.10.17
15:26
| A A A
5 həftəyə 10 kq arıqlamaq istəyənlər DİQQƏT

1999-cu ildə İzrail diyetoloqu Kim Protasov xüsusi qidalanma sistemi tərtib edib.
Bu sistemə uyğun qidalanan insan 5 həftə ərzində maddələr mübadiləsini tənzimləyir, sağlam şəkildə arıqlayır, ac qalmır və həmçinin pəhrizdən çıxdıqdan sonra çəkisini normada saxlaya bilir.
Bundan əlavə pəhriz bağırsaqları yaxşı təmizləyir, orqanizm toksinlər, şlaklardan azad olunur ki, nəticədə dəri təmizlənir, baş və oynaq ağrıları azalır, insan özünü daha gümrah hiss edir.
Pəhriz 10 kq arıqlamağa imkan verir.
1-ci həftə.
Gün ərzində tərəvəzlər (tərkibində çoxlu nişasta olan tərəvəzlərdən əlavə), süd məhsulları (süddən əlavə) və 1 yumurtaya icazə verilir. Tərəvəzlər çiy, suda və ya buğda bişirilmiş halda yeyilir.
Gün ərzində şəkərsiz və südsüz çay və ya qəhvə içə bilərsiniz. Həmçinin hər gün 2 l su için.
Meyvələrdən gün ərzində 3 yaşıl almaya icazə verilir.
2-ci həftə.
Qidalanma prinsipi 1-ci həftədə olduğu kimidir.
3-cü həftə.
Süd məhsullarının miqdarı azaldılır, ət əlavə olunur. Gün ərzində 300 qr suda və ya buğda bişirilmiş yağsız ət (mal, toyuq və ya balıq) yeyə bilərsiniz. (Burada çiy ətin çəkisi nəzərdə tutulur.)
4-cü və 5-ci həftə.
3-cü həftədə olduğu kimi.
Pəhrizdən tədricən çıxmaq lazımdır. 6-cı həftədən başlayaraq qidalanmaya bitki yağı, 7-ci həftədən - şirin olmayan meyvələr, 8-ci həftədən sıyıqlar əlavə olunur. 9-10-cu həftədən başlayaraq adi qidalanma rejiminizə keçə bilərsiniz.
Bu pəhrizdən ildə 1 dəfə istifadə edə bilərsiniz.


Saglamolun.Az

Sizin Reklam Yeriniz