Əlaqə Arxiv
news Image
2017.03.27
15:55
| A A A
Azərbaycanın hansı bölgəsində vərəmlə xəstələnmə halları daha çoxdur?

Azərbaycanda vərəmə yoluxanlar arasında "yaşlaşma" tendensiyası nəzərə çarpır.

Movqe.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutunun (ETACXİ) elm üzrə direktor müavini İradə Axundova deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycanın statistikasına görə, vərəmlə daha çox 25 yaşından 44 yaşına qədər insanlar xəstələnir. Bu xəstələrin arasında kişilər üstünlük təşkil edir. 2016-cı il ərzində Azərbaycanda vərəmə ilkin yoluxan xəstələrin sayı isə 3500-ə qədər olub. Onların 3-4 faizi uşaqlar olub. 2016-cı il üçün ilkin vərəmlə xəstələnən insanların sağalma faizi 83 faiz olub: "Ölüm hallarına gəlincə, hər 100 min əhaliyə 3,8 nəfər təşkil edib. Halbuki bu rəqəm 2015-ci ildə 4,2 nəfər idi. Uşaqlar arasında vərəmlə bağlı xəstələnmənin sayı azalıb. Eyni zamanda, vərəmdən ölüm halı da azalma istiqamətində gedir. Vərəm aktiv insanların xəstəliyidir".

İ.Axundova qeyd edib ki, ölkədə vərəmlə bağlı qeydiyyatda olan xəstələrin sayı il ərzində 8500-9000 arası dəyişir. Hazırda 918 xəstə müalicəsini davam etdirir. Müalicə effektlivyinin 69 faiz olduğunu xatırladan İ.Ağayeva əlavə edib ki,immuniteti zəiflədən xəstəliklər orqanizmin vərəmə yoluxma riskini artırır: "Son illər şimal bölgəsində vərəmlə daha çox xəstələnmə müşahidə olunur. Bunu da sərhədə yaxın olmaqla əlaqələndiririk”.

Sizin Reklam Yeriniz